Yaponiyada 5,5 bal gücündə zəlzələ olub

Yaponiyada 5,5 bal gücündə zəlzələ olub
# 22 oktyabr 2014 03:26 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Cənub-Çin dənizində, Okinava adası yaxınlığında, ocağı isə 50 km dərinlikdə yerləşib.

Zəlzələ Okinava və Kaqosima prefekturalarında hiss olunub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Yaponiya Milli Meteorologiya İdarəsinin yaydığı məlumata görə, sunami təhlükəsi yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR