Milli Məclisdə bir sıra beynəlxalq sənədlər təsdiqlənib

Milli Məclisdə bir sıra beynəlxalq sənədlər təsdiqlənib
# 30 sentyabr 2014 14:08 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin bu gün keçirilən plenar iclasında bir sıra bəyannamə və sazişlər təsdiq olunub.

APA-nın məlumatına görə, layihələr barədə deputatlar Azər Kərimli və Ziyad Səmədzadə məlumat veriblər.

Bura Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə Toplantısının Bəyannaməsi, Azərbaycan və Fransa prezidentlərinin birgə bəyannaməsi, habelə Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə aiddir.

Təsdiqlənən sənədlər arasında həmçinin Azərbaycan və İtaliya hökumətləri arasında dəniz nəqliyyatı haqqında saziş, Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün konvensiya, Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı hökumətləri arasında ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiya və onun protokolu, Azərbaycan və Mərakeş hökumətləri arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş, Azərbaycan və Uruqvay Şərq Respublikası hökumətləri arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş, Azərbaycan və Vyetnam hökumətləri arasında ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş var.

Sənədlər ayrılıqda səsvermə yolu ilə Milli Məclis tərəfindən təsdiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR