APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonu, Əlibəyqışlaq kənd sakinləri - 1956-cı il təvəllüdlü Əyyubov Sabir Tahir oğlu Quba Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində keçinib. Qəzada xəsarət alan 1967-ci il təvəllüdlü Əliyeva Yəmən Məmmədağa qızının vəziyyəti ağır olaraq qalır. O, bu gün Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılacaq.
Digər xəsarət alan 1957-ci il təvəllüdlü Əyyubova Hənifə Məmmədağa qızının vəziyyəti orta stabildir.
Faktla bağı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.