Mixail Saakaşvili Kiyevdə Ukrayna müxalifətinin lideri ilə şam edib

Mixail Saakaşvili Kiyevdə Ukrayna müxalifətinin lideri ilə şam edib
# 06 dekabr 2013 23:53 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Kiyevə gedib. APA-nın məlumatına görə, bu barədə Saakaşvilinin “Facebook” səhifəsində xəbər yerləşdirilib.

Xəbərdə bildirilir ki, Saakaşvili UDAR partiyasının lideri Vitali Kliçko ilə şam yeməyinə yollanıb.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Kiyevə Avropa Parlamentinin üzvləri ilə birlikdə səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR