Bakının Binə qəsəbəsinin yollarında yenidənqurma işlərinin aparılmasına 5,2 milyon manat ayrılıb

Bakının Binə qəsəbəsinin yollarında yenidənqurma işlərinin aparılmasına 5,2 milyon manat ayrılıb
# 28 aprel 2016 16:57 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 5,2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR