Erməni silahlı birləşmələri dinc sakinləri atəşə tutub, ölən və yaralananlar var - YENİLƏNİB

Erməni silahlı birləşmələri dinc sakinləri atəşə tutub, ölən və yaralananlar var - <span style="color: red;">YENİLƏNİB
# 28 aprel 2016 07:40 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Erməni hərbi birləşmələrinin Ağdamın yaşayış məntəqlərini atəşə tutması nəticəsində mülkü şəxslər arasında ölən və yaralananlar var.

APA-nın Qarabağ bürosunun xəbərinə görə Ağdam rayon, Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu aldığı qəlpə yarasından həyatını itirib.

Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılan 67 yaşlı Hüseynov Əli Museyib oğlu və Rəhimov Zahid Vəliş oğlunun vəziyyəti ağırdır.

Xəstəxanadan APA-ya verilən xəbərə görə, digər yaralılar Abdullayev Anar Nizami oğlu, Məmmədov Elnur Polu oğlu, Tağıyev Elgiz Tofiq oğlu, Fərəcov Zahid Fərəc oğlu, Məmmədov Anar və Kərimov Sirdaş Şükür oğlunun həyatlarına təhlükə yoxdur.

Qəlpə yarası alan sakinlərin 7-si Ağdamın Çəmənli kənd sakinidir.

Bu gecə həmçinin ermənilərin Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaşayış evi yanıb.

Belə ki, Mahrızlı kənd sakini Bakir Qarayevin evinə top mərmisi düşüb. Mərmi düşən evdə yanğın baş verib. Ev qısa müddətdə əşyaları ilə birlikdə tamam yanıb. Ev sahibi evdə olmadığı üçün xəsarət alan olmayıb. Qonşular yanan evi söndürə bilməsələr də, alovun həyətdəki digər tikiliyə keçməsinə imkan verməyiblər.

***

saat 02.26

Ağdam. Ziya Əmirxanlı-APA. Ermənistan silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində bir mülki şəxs yaralanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, evə mərmi düşməsi nəticəsində Ağdam rayonunun Əfətli kənd sakini, 1978-ci il təvəllüdlü Məmmədov Elnur Polu oğlu xəsarət alıb.

O, Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Həmçinin ermənilərin atdığı top mərmisi Ağcabədi rayonunun Qaraxanlı kənd sakini Bərxudar Xəlilova məxsus evdə yanğına səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ötən gün saat 23.30-dan etibarən Ermənistan silahlı bölmələri təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başlayıb.

Düşmən yaşayış məntəqələrini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR