AÇG-dən SOCAR-a verilən səmt qazının həcmi açıqlanıb

AÇG-dən SOCAR-a verilən səmt qazının həcmi açıqlanıb
# 24 may 2016 10:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İlin birinci rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,6 mln. kubmetr, ümumilikdə isə 692 mln. kubmetr səmt qazı verilib.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Qeyd edək ki, AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), “Chevron” (11,3%), “İnpex” (11%), “Statoyl” (8,6%), “ExxonMobile” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), “ONGC Videsh Limited” (OVL) (2,7%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR