Ukraynalı pilot Nadejda Savçenkonun bacısı sərbəst buraxılıb - YENİLƏNİB

Ukraynalı pilot Nadejda Savçenkonun bacısı sərbəst buraxılıb - <span style="color: red;">YENİLƏNİB
# 28 aprel 2016 03:25 (UTC +04:00)

Bakı-APA. Rusiyada həbsdə olan ukraynalı pilot Nadejda Savçenkonun bacısı sərbəst buraxılıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, barədə vəkil İlya Novikov özünün “Feysbuk” səhifəsində yazıb.

“Vera Savçenko hazırda Ukrayna konsulları ilə birgə Rostova yollanır”, İ.Novikov qeyd edib.

İnsidentin təfərrüatları haqda daha sonra məlumat veriləcəyi bildirilir.

Qeyd edək ki, aprelin 27-də Nadejda Savçenkonun vəkili Mark Feyqin Nadejda Savçenkonun Ukraynaya təhvil verilməsi prosesinin başlandığını bildirib.

***

01:52

Bakı-APA. Rusiyada həbsdə olan ukraynalı pilot Nadejda Savçenkonun bacısı saxlanılıb.

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna XİN-in “Tvitter” səhifəsində bildirilib.

“Vera Savçenko Rusiyada saxlanılıb. Hazırda insidentlə əlaqədar konsulumuz polis məntəqəsindədir. Moskvadakı səfirliyimiz də məlumatlandırılıb”, xəbərdə qeyd edilib.

Nadejda Savçenkonun vəkili İlya Novikov Vera Savçenkonun saxlanılmasını təsdiqləyib. Onun sözlərinə görə, V.Savçenko Rusiyada axtarışda olduğu üçün saxlanılıb. “Halbuki dünən Rusiya ərazisinə daxil olarkən heç bir problem olmamışdı”, deyə İ.Novikov bildirib.

Qeyd edək ki, Vera Savçenko aprelin 27-də istintaq təcridxanasında bacısı ilə görüşüb.

Xatırladaq ki, Rusiyada həbsdə saxlanılan Ukrayna Hava Qüvvələrinin baş leytenantı, helikopter pilotu Nadejda Savçenko 22 il müddətinə azadlıqdan məhrum edilib. O, Donbasda iki rusiyalı jurnalistin ölümündə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR