Fuad Qəhrəmanlıya qarşı yekun ittiham aktı elan olunub

Fuad Qəhrəmanlıya qarşı yekun ittiham aktı elan olunub
# 19 may 2016 09:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşmaq üzrədir.

F. Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyevin APA-ya verdiyi məlumata görə, istintaq orqanı tərəfindən yekun ittiham aktı elan edilib. Onun sözlərinə görə, yaxın günlərdə vəkillər cinayət işinin materialları ilə tanış olmağa başlayacaqlar.

Qeyd edək ki, F. Qəhrəmanlı ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR