Sumqayıtda uşaq bağçasında məcburi köçkün məskunlaşan otaqda yanğın olub

Sumqayıtda uşaq bağçasında məcburi köçkün məskunlaşan otaqda yanğın olub
# 15 may 2016 14:06 (UTC +04:00)

Bakı-APA. Bu gün Sumqayıt şəhərində İcra Hakimiyyətinin balansında olan uşaq bağçasında yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 420 kv.m olan iki mərtəbəli uşaq bağçasında məcburi köçkünün məskunlaşdığı ümumi sahəsi 24 kv.m olan otağın divarının taxta üzlüyü 1 kv.m sahədə yanıb.

Yanğın saat 14:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR