Ötən ili zərərlə başa vuran "İcraçı Kredit Agentliyi"nin səhmdarlarının strukturu dəyişib

Ötən ili zərərlə başa vuran "İcraçı Kredit Agentliyi"nin səhmdarlarının strukturu dəyişib
# 20 may 2016 10:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatının (BOKT) aktivlərinin həcmi 2016-cı ilin yanvarın 1-ə 2,495 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 13,15% azdır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə BOKT-un kredit portfeli 13,01% azalaraq 2,361 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 226,918 min manat təşkil edib ki, bu da 2015-ci ilin yanvarın 1-ə olan göstəriciyə nisbətən 31,67% azalma deməkdir.

BOKT-un kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 2014-cü il ilə müqayisədə 2015-ci ildə təxminən 5,05% artaraq 1,811 mln. manat olub.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 184 275 manata enib.

Bir il ərzində BOKT-un məcmu kapitalı 35,53% azalaraq 3,584 mln. manata qədər azalıb, nizamnamə kapitalı 1,89% azalaraq 108,911 min manat təşkil edib.

Ötən il BOKT-un gəlirləri 2014-cü ilə nisbətən təxminən 2,76 dəfə azalaraq 393,141 min manat, xərcləri isə 16,21% azalaraq 689,555 min manat olub.

BOKT 2015-ci ili 151,620 min manat zərərlə başa vurub.

Qeyd edək ki, BOKT-un səhmlərinin 57,24%-i fiziki şəxslərə, 42,58%-i hüquqi şəxslərə, 0,18%-i Azərbaycan Kredit İttifaqları Assosiasiyasına məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR