Bakıda sahibkara qarşı 115 min manatlıq dələduzluq edilib

Bakıda sahibkara qarşı 115 min manatlıq dələduzluq edilib
# 23 may 2016 12:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda sahibkara qarşı külli miqdarda dələduzluq edilib.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, paytaxtda tikinti işləri ilə məşğul olan 1950-ci il təvəllüdlü Vahid Zərgərli polisə ərizə ilə müraciət edərək Səyyar və Rafiq adlı şəxslərin etibarından sui-istifadə edərək ondan 90 min manat və 10 min ABŞ dolları alaraq qaytarmadıqlarını bildirib.

Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR