Papua-Yeni Qvineyada 7,5 bal gücündə zəlzələ baş verib

Papua-Yeni Qvineyada 7,5 bal gücündə zəlzələ baş verib
# 07 may 2015 10:49 (UTC +04:00)

Bakı-APA. Papua-Yeni Qvineyada 7,2 bal gücündə zəlzələ qeydə alınıb.

APA-nın xəbərinə görə, zəlzələdən sonra sunami xəbərdarlığı edilib. ABŞ-ın Geoloji Araşdırma Mərkəzi zəlzələnin yerin 10 km dərinliyində baş verdiyini açıqlayıb.

Hələlik dağıntı və tələfatla bağlı məlumat verilmir.

Qeyd edək ki, Papua-Yeni Qvineyada aprelin 30-da 6,7, mayın 5-də isə 7,2 bal gücündə zəlzələ olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR