Türk Hava Yolları İdarə Heyətinin sədri istefa verib

Türk Hava Yolları İdarə Heyətinin sədri istefa verib
# 06 aprel 2015 14:08 (UTC +04:00)

Bakı, Ülkər Bəkirli - APA. Türk Hava Yolları (THY) İdarə Heyətinin sədri Hamdi Topçu vəzifəsindən istefa verib. APA-nın “Habertürk”-ə istinadən verdiyi məlumata görə, H.Topçunun istefa səbəbi ictimaiyyətə açıqlanmayıb.

İdarə Heyəti rəhbəri vəzifəsinə isə İnvestisiya Agentliyinin rəhbəri İlker Aycının gələcəyi bildirilir.



Qeyd edək ki, H.Topçu bu vəzifəyə 2010-cu ildə təyin olunub. O, bu vəzifədə Candan Karlıtekini əvəzləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR