Maliyyə Nazirliyində yeni vəzifə təyinatı ilə bağlı Respublika Komissiyasının tərkibində dəyişiklik edilib

Maliyyə Nazirliyində yeni vəzifə təyinatı ilə bağlı Respublika Komissiyasının tərkibində dəyişiklik edilib
# 04 iyun 2015 09:04 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 70 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının tərkibi”ndə dəyişiklik edilməsi barədə qərar verib.

APA-nın məlumatına görə, dəyişiklik Maliyyə Nazirliyində iqtisadi sahələrin maliyyəsi şöbəsinə yeni müdir təyin edilməsi ilə bağlıdır.

Maliyyə Nazirliyinin mətbuat katibi, İnformasiya azadlığı üzrə məsul şəxs Mais Piriyev APA-ya açıqlamasında bildirib ki, maliyyə naziri Samir Şərifovun əmri ilə Maliyyə Nazirliyi aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Məzahir Ağazadə 4 may 2015-ci il tarixdən maliyyə nazirinin müşaviri vəzifəsinə təyin olunub, bu vəzifəyə isə Vüqar Məcidli təyinat alıb.

Bununla əlaqədar Vüqar Məcidli həm də Respublika Komissiyasının üzvü olmuş Məzahir Ağazadəni Respublika Komissiyasında əvəz edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR