Bakı Dəniz Limanının binasında yanğın olub

Bakı Dəniz Limanının binasında yanğın olub
# 07 sentyabr 2015 06:38 (UTC +04:00)

Bakı - APA. Bərdə şəhərində 4 mərtəbəli Mərkəzi Poçt binasının 2-ci mərtəbəsində çöl divarından keçən kommunikasiya xətləri 1 p.m yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, poçtun binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakının Nəsimi rayonunda isə 5 mərtəbəli Bakı Dəniz Limanı binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 120 kv.m olan mətbəxdə 1 ədəd kartof bişirən aparat yanıb.

Mətbəx yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR