Fransa prezidenti mayda ilk dəfə Kubaya səfər edəcək

Fransa prezidenti mayda ilk dəfə Kubaya səfər edəcək
# 04 mart 2015 01:56 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Yelisey sarayının ötən gün yaydığı məlumatda bildirilir.

“Respublika prezidenti 8-11 may tarixlərində Antil adalarına və Kubaya səfər edəcək. Bu Fransa prezidentinin bu ölkəyə ilk səfəri olacaq”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən ilin aprelində Fransa XİN rəhbəri Loran Fabius Kubaya tarixi səfər edib. Bu Fransa xarici diplomatiya rəhbərinin Kubaya son 31 ildə ilk səfəri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR