Vergilər Nazirliyi: “Bakı” futbol klubu vergidən yayınıb - VİDEO

Vergilər Nazirliyi: “Bakı” futbol klubu vergidən yayınıb - <span style="color: red;">VİDEO
# 23 aprel 2015 10:01 (UTC +04:00)

APA-Economcs” xəbər verir ki, bu barədə məlumat Vergilər Nazirliyinin dərc etdiyi vergi borcunu ödəməyən vergi ödəyicilərinin siyahısında qeyd olunub.

Məlumata əsasən, qanun pozuntusu Bakı Vergilər Departamentinin əməkdaşları tərəfindən aşkarlanıb.

Vergi borcunun həcmi açıqlanmır.

“Bakı”nın vitse-prezidenti Yaşar Seyidov “APA-Economics”ə bildirib ki, yaranmış vergi borcu klubun işçilərinin əmək haqqından ödənilməli olan vergidir: “Bu borcun məbləği elə də böyük deyil və həcminin açıqlanması məqsədəuyğun hesab edilmir”.

Y. Seyidov əlavə edib ki, yaxın vaxtlarda yaranmış borc öhdəlikləri yerinə yetiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR