Azərbaycan yığmasının baş məşqçisi postunda dəyişiklik edilib

Azərbaycan yığmasının baş məşqçisi postunda dəyişiklik edilib
# 07 aprel 2015 07:59 (UTC +04:00)

Bakı – APA. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi postunda dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, AFFA rəhbərliyi Məşqçilər Komitəsinin tövsiyəsini nəzərə alaraq, Avropa çempionatının elit-raundunda uğursuz çıxışdan sonra istefa verən Mirbağır İsayevin müraciətini müsbət dəyərləndirib.

Artıq yeni baş məşqçi ilə bağlı qərar da verilib. U-17-nin baş məşqçisi vəzifəsi 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənova həvalə olunub.

Qeyd edək ki, U-17-nin ev sahibi kimi qatılacağı 2016-cı ilin Avropa çempionatının final mərhələsi Bakıda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR