İmişlidə narkotik bitki becərilməsi faktı aşkarlanıb - VİDEO

İmişlidə narkotik bitki becərilməsi faktı aşkarlanıb - <span style="color: red;">VİDEO
# 29 sentyabr 2015 10:11 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. İmişli rayon sakininin həyətində küllü miqdarda narkotik vasitə olan çətənə kolları aşkarlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri çərçivəsində Murğuzallı kənd sakini Rəşidov Əlifağa Xudam oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib. Orada əkilib becərilən çətənə kolları aşkar edilib. Məlum olub ki, aprel ayında əkilən kollara xüsusi aqrotexniki qaydada qulluq edilib. Baxış zamanı həyətyanı sahədən çəkisi 118 kq olan 63 ədəd çətənə kolu çıxarılıb. Faktla İmişli rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR