Ağstafada minik avtomobili dirəyə çırpılıb, sürücü yaralanıb

Ağstafada minik avtomobili dirəyə çırpılıb, sürücü yaralanıb
# 17 oktyabr 2014 23:11 (UTC +04:00)

Bakı – APA. Ağstafa rayonu, Bakı-Qazax yolunun 455-ci kilometrliyində (rayon mərkəzindən 5 km aralı) “Mercedes” markalı minik avtomobilinin dirəyə çırpılması ilə nəticələnən yol-qəza hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:43-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR