Dövlət Qulluğunun müsahibə mərhələsindən narazı qalan 27 namizəddən 5-nin şikayəti təmin olunub

Dövlət Qulluğunun müsahibə mərhələsindən narazı qalan 27 namizəddən 5-nin şikayəti təmin olunub
# 05 oktyabr 2015 07:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 7 və 15 aprel, 10 iyun 2015-ci il tarixlərində elan etdiyi müsabiqənin müsahibə mərhələsi üzrə 27 namizəd apellyasiya şikayəti verib.

APA-nın xəbərinə görə, 5 namizədin müsahibəsinin nəticəsi ləğv edilib və yeni müsahibənin keçirilməsinin təmin edilməsi haqqında qərar çıxarılıb.

Yerdə qalan namizədlərin şikayətləri isə təmin edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR