İŞİD Beyrutdakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD Beyrutdakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
# 12 noyabr 2015 22:10 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşması Livanın paytaxtı Beyrutdakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Reuters məlumat yayıb

Məlumata görə, birinci partlayıcı qurğu motosikletə bərkidilib. Birinci partlayış nəticəsində yaralanan şəxslərə yardım məqsədilə hadisə yerinə xeyli adam toplaşandan sonra terrorçu-kamikadze ikinci partlayıcı qurğunu işə salıb.

Son məlumata görə, iki partlayış nəticəsində 37 nəfər ölüb, 180-dən çox adam yaralanıb.

Məlumata görə, partlayışlar Beyrutun cənub ətrafında yerləşən “Burc əl Baracn” düşərgəsində törədilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR