Avropa Komissiyası Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi üzrə təkliflər hazırlayacaq

Avropa Komissiyası Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi üzrə təkliflər hazırlayacaq
# 31 avqust 2014 01:06 (UTC +04:00)

Bakı-APA. Aİ-nin sammiti Avropa Komissiyasına Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi dair təklifləri bir həftə ərzində hazırlamağa tapşırıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa Şurasının sədri Herman van Rompuy Brüsseldə bəyan edib.

“Son günlər Ukraynada vəziyyətin gərginləşib. Silah-sursat və canlı qüvvə axını, Rusiya hərbçilərinin Ukrayna torpağında olmaları bizi son dərəcə narahat edir”, deyə van Rompuy qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR