Kazanda yanmış ticarәt mәrkәzi әrazisindә aparılan axtarış işlәri başa çatıb

Kazanda yanmış ticarәt mәrkәzi әrazisindә aparılan axtarış işlәri başa çatıb
# 26 mart 2015 08:16 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova- APA. Kazanda yanmış "Admiral" Ticarәt Mәrkәzi әrazisindә 2 hәftәyә yaxın aparılan axtarış işlәri yekunlaşıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya Fövqәlafә Hallar Nazirliyinin Tatarıstan üzrә Baş İdarәsinin mәtbuat katibi Andrey Rodıgin bildirib ki,

xilasedicilәr itkin düşmüş şәxslәr arasında adı çәkilәn 2 nәfәrin meyitini tapmayıblar.

Xatırladaq ki, dağıntılar altından 13 nәfәrin meyiti çıxarılıb. FHN regional xidmәtinin rәhbәri Rafi Habibullin meyitlәri tapılmayn şәxslәrin dә nәzәrdә tutulmuş kompensasiyanı ala bilәcәklәrini deyib. Tapılmayn meyitlərin әrazidә olan yüksәk istilik sәbәbindәn yandığı ehtimal edilir.

Eyni zamanda istintaq orqanlarının ehtiyac olduğu halda yenidәn baxa bilmәsi üçün "Admiral" ticarәt mәrkәzinin dağılmış parçaları xüsusi poliqona aparılıb.

Ticarәt mәrkәzindә yanğın martın 11-dә baş verib. Nәticәdә 17 nәfәr hәyatını itirib. Onların arasında azәrbaycanlılar da olub.

60-a yaxın şәxs müxtәlif dәrәcәli bәdәn xәsarәtlәri alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR