BMT TŞ-nin 5 müvəqqəti üzvünün müəyyənləşdirilməsi üçün seçki keçiriləcək

BMT TŞ-nin 5 müvəqqəti üzvünün müəyyənləşdirilməsi üçün seçki keçiriləcək
# 28 iyun 2016 08:55 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Bu gün BMT Baş Assambleyasında qurumun Təhlükəsizlik Şurasına 2017-2018-ci illər üçün 5 müvəqqəti üzvün müəyyən edilməsi ilə bağlı seçki keçiriləcək.

APA-nın BMT-nin saytına istinadən verdiyi xəbərə görə, namizəd ölkələr arasında Qazaxıstanın da adı var.

Qərbi Avropa ölkələri qrupu üçün ayrılan iki yerə üç ölkə - Niderland, İtaliya və İsveç iddia edir. Latın Amerikası üçün bir yerə isə yalnız Boliviya iddialıdır. Afrika ölkələri qrupuna ayrılmış bir yer üçün də yalnız Efiopiya müraciət edib. Asiya-Sakit okean ölkələri üçün ayrılmış bir yerə 2 namizəd - Qazaxıstan və Tailand iddia edir.

Qeyd edək ki, Qazaxıstan indiyədək BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib.Tailand isə 1985-1986-cı illərdə BMT TŞ-nin üzvü olub.

Xatırladaq ki, ötən il BMT TŞ-nin qeyri-daimi üzvləri Misir, Seneqal, Ukrayna, Uruqvay və Yaponiya seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR