“Azərpoçt” MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib

“Azərpoçt” MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib
# 05 avqust 2014 08:34 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, istintaq zamanı filialın mərkəzi poçt şöbəsinin müdiri Elsevər Usubovun qulluq mövqeyindən istifadə edərək filialın əməkdaşı Zaur Cəbrayılov ilə əlbir olub vətəndaşlara ünvanlı dövlət sosial yardım ödənişlərini həyata keçirmək üçün sərəncamına verilmiş pul vəsaitlərinin sərf edilməsinə dair hesabata tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə yekun rəqəmlərin qəsdən şişirdilməsi hesabına yaranmış 12 min 105 manat məbləğində özgə əmlakını mənimsəyib talamaqla dövlətə külli miqdarda ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR