Bakı-APA. Qazaxıstanın Aktau limanında Türkiyədən gəlmiş avtomobildə 123 kq narkotik maddə sayılan heroin aşkarlanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, narkotik maddə Türkiyədən Aktauya gəlmiş “Iveco” markalı avtomobildə aşkarlanıb.
Aşkarlanmış narkotikin dəyəri 2 mlrd tenqe (7,3 mln dollar) təşkil edir.