AŞ Nazirlər Komitəsi üzv ölkələrdə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrasını yoxlayacaq

AŞ Nazirlər Komitəsi üzv ölkələrdə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrasını yoxlayacaq
# 22 sentyabr 2015 13:11 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avropa Şurasının 47 üzv ölkəsi 22-24 sentyabr tarixlərində Avropa İnsan Haqları Məhkəməsinin qərar və hökmlərinin icrasını yoxlayacaq.

APA-nın Avropa Şurasına istinadən verdiyi məlumata görə, AŞ Nazirlər Komitəsinin bu nəzarət rolu İnsan Haqları üzrə Avropa Konvensiyasının 46-cı maddəsində göstərilir.

Araşdırma əsasən Azərbaycan, Belçika, Bolqarıstan, Yunanıstan, Macarıstan, İtaliya, Moldova, Norveç, Polşa, Rusiya, Serbiya, Sloveniya, Türkiyə, Ukrayna və Böyük Britaniya ilə bağlı aparılacaq.

Işçi sənədlərlə birlikdə qəbul edilən qərar və qətnamələr görüşdən sonra yaxın günlərdə Nazirlər Komitəsinin saytında yayımlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR