Narkotik alverində təqsirləndirilən şəxsə hökm oxunub

Narkotik alverində təqsirləndirilən şəxsə hökm oxunub
# 28 aprel 2015 12:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında təqsirləndirilən Salamat Hacımuradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə S. Hacımuradov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salamat Hacımuradovdan xeyli miqdarda narkotik vasitə götürülüb. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR