Azərbaycan və Ukrayna enerji sahəsində əməkdaşlığı dərinləşdirir - YENİLƏNİB

Azərbaycan və Ukrayna enerji sahəsində əməkdaşlığı dərinləşdirir - <span style="color: red;">YENİLƏNİB
# 01 iyul 2016 17:26 (UTC +04:00)

Bakı - APA-Economics. Bakıda Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.

"APA-Economics" xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev deyib ki, komissiya çərçivəsində imzalanan saziş və irəli sürülən təkliflər enerji sahəsində əməkdaşlığın inkişafında yeni mərhələnin başlanmasına təkan verəcək. Nazir bildirib ki, Azərbaycan enerji ehtiyatlarının istehsalçısı, Ukrayna isə istehlakçı və tranzit ölkə kimi vacib rol oynayır. Enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi hər iki ölkənin Xəzər-Qara dəniz regionunda mövqeyini gücləndirəcək.

Ukraynanın neftə tələbatının yüksək olduğunu xatırladan N. Əliyev Azərbaycanın bu ölkəni əlavə xam neftlə təchiz etməsinin qarşılıqlı fayda doğuracağını diqqətə çatdırıb. O, "SOCAR Energy Ukraine" şirkətinin timsalında enerji əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirərək, növbəti 10 illik proqramların hazırlanmasının zəruriliyini diqqətə çatdırıb. Nazir Azərbaycan neftinin Ukrayna neft emalı müəssisələrinə tədarükü və Avropa ölkələrinə tranziti ilə bağlı rəsmi Kiyevin maraqlarının hər iki ölkə üçün faydalı olduğunu qeyd edib. Bildirib ki, artıq real addımlar üzərində çalışmaq lazımdır.

Komissiyanın həmsədri, Ukrayna Baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfat naziri, hökumətlərarası komissiyanın həmsədri Gennadi Zubko isə bildirib ki, ölkəsinin ərazisindən keçməklə Azərbaycan neftinin Avropaya nəqli, qaz mənbələrinin şaxələndirilməsi, qaz terminalının tikilməsi kimi məsələlər onun ölkəsi üçün enerji əməkdaşlığında prioritet istiqamətlərdir. Layihələrin həyata keçirilməsi üçün lazımi imkanların mövcud olduğunu deyən G. Zubko Ukrayna ilə Azərbaycanın enerji sahəsindəki gələcək əməkdaşlığının hər iki ölkənin iqtisadi inkişafı üçün əhəmiyyətli olacağına inamını ifadə edib.

Müzakirələrin yekununda energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna işçi qrupunun fəaliyyətinin aktivləşdirilməsi və irəli sürülən təkliflərin həyata keçirilməsi məqsədilə ikitərəfli görüş və müzakirələrin keçirilməsi qərara alınıb. Görüşdə qarşılıqlı maraq doğuran bu və ya digər məsələlər də müzakirə edilib.

SAAT 16:44

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ukrayna Azərbaycan neftinin öz neft emalı zavodlarına nəqlində maraqlıdır.

"APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynanın baş nazirinin müavini Gennadi Zubko XI Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasında deyib.

"Bundan başqa, biz Azərbaycan neftinin Ukrayna üzərindən Avropa bazarlarına tranzitində maraqlıyıq. Bunun üçün bütün zəruri texniki şərait yaradılıb", - deyə bildirib baş nazirin müavini bildirib.

G. Zubko əlavə edib ki, iclas çərçivəsində Ukraynanın neft-qaz sektoruna Azərbaycan investisiyalarının yatırılması müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR