“Mega Sığorta” nizamnamə kapitalını artırır

“Mega Sığorta” nizamnamə kapitalını artırır
# 29 may 2015 15:49 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İyunun 1-də Bakı Fond Birjasında “Mega Sığorta” ASC-nin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanacaq.

Birjadan “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 2,5 mln. manat, bir səhmin nominal dəyəri 5000 manat, qiymətli kağızların miqdarı isə 500 ədəd təşkil edir.

Yerləşdirmədə anderrayter kimi «AzFinance İnvest» MMC çıxış edəcək.

Hazırda ASC-nin nizamnamə kapitalı 7 mln. manatdır.

Yerləşdirmə nəticəsində ASC-nin nizamnamə kapitalı 35,71% artaraq 9,5 mln. manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR