Yaponiyada iki nazir istefa verib

Yaponiyada iki nazir istefa verib
# 20 oktyabr 2014 08:59 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Yaponiyada iki nazir istefa verib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Yaponiyanın ticarət və sənaye naziri Yuko Obuçinin istefasından sonra ədliyyə naziri Midori Matsuşima da istefa ərizəsini yazıb.

Qeyd edək ki, 40 yaşlı Y. Obuçi öyən ay baş nazir Şinzo Abenin hökumətində yer alan beş qadından biridir. Bəzi analitiklər onun gələcəkdə baş nazir postuna keçəcəyini proqnozlaşdırırdılar.

Lakin ötən həftə onun vəzifəsindən sui-istifadə etdiyi və bir neçə min dollar mənimsədiyi barədə iddialar ortaya çıxıb.

M. Matsuşima isə festivalda tərəfdarlarına siyasətini təbliğ edən vərəqələri paylamaqda ittiham edilirdi. Müxalif Demokrat Partiyası bunun seçki qanuvericiliyinə zidd olduğunu bildirərək onun istefasını tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR