ABŞ Dövlət Departamentinin rəsmisi: “İran öhdәliklәri yerinә yetirsә, qlobal və regional tәhlükәsizliyә töhfә vermiş olacaq”

ABŞ Dövlət Departamentinin rəsmisi: “İran öhdәliklәri yerinә yetirsә, qlobal və regional tәhlükәsizliyә töhfә vermiş olacaq”
# 13 noyabr 2015 14:47 (UTC +04:00)

APA-nın mәlumatına görә, bunu Azәrbaycanda sәfәrdә olan ABŞ Dövlәt Departamentinin İran ofisinin direktoru Stiven Feyqin deyib.

Ölkəmizin də bundan bәhrәlənə biləcəyini deyən S. Feyqinin sözlərinə görə, Azərbaycan 5+1 danışıqlarında iştirak etməsə də, İranla qonşu ölkә olduğundan prosesə marağı var. “Düşünürәm ki, Azәrbaycan biznesmenlәrinin İran bazarına marağı var. Biz bu mәsәlә ilә bağlı hәmsәrhәd vә maraq göstәrәn dövlәtlәrlә danışıqlar aparırıq. Azәrbaycan tәrәfdәn dә bu mәsәlәyә maraq var", - deyə o vurğulayıb.

S. Feyqin bildirib ki, Bakıya səfərinin məqsədi Azәrbaycan rәsmilәri ilә İranla imzalanan nüvә sazişini müzakirә etmәkdir. O, Rabitә vә Yüksәk Texnologiyaları Nazirliyi, Xarici İşlər Nazirliyi, Maliyyә Monitorinqi Xidmәti vә ABŞ-Azәrbaycan Ticarət Palatasının nümayәndәlәri ilә görüşdüyünü deyib.

Amerikalı diplomat qeyd edib ki, İran sazişlә bağlı üzәrinә götürdüyü öhdәliklәri yerinә yetirsә vә bu, Beynәlxalq Atom Enerjisi Agentliyi tәrәfindәn yoxlanılıb tәsdiqini tapsa, sanksiyalar tez bir zamanda aradan götürülәcәk.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR