ETSN çaylardakı mövcud vəziyyəti açıqlayıb

ETSN çaylardakı mövcud vəziyyəti açıqlayıb
# 31 oktyabr 2014 12:52 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-130, Kiçik Qafqazın çaylarında 40-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 130-170 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, oktyabrın 31-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 167 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 84 m3/s olmaqla, ongünlük normanın 91 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Şirvanda 12, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR