Türkiyənin NTV kanalı Azərbaycan xalqından və “Kəpəz”dən üzr istəyib - YENİLƏNİB

Türkiyənin NTV kanalı Azərbaycan xalqından və “Kəpəz”dən üzr istəyib - <span style="color: red;">YENİLƏNİB
# 08 iyul 2016 15:40 (UTC +04:00)

Bakı-APA. Türkiyənin NTV kanalı “Kəpəz”i Ermənistan komandası kimi təqdim etməsinə görə Azərbaycan xalqından və komandadan üzr istəyib.

APA-nın telekanalın saytına istinadən verdiyi xəbərə görə, bununla bağlı açıqlama yayılıb. Kanalın açıqlamasında bildirilir ki, Anadolu Agentliyinə istinadən verilmiş xəbərdə “Kəpəz” səhvən Ermənistan komandası kimi göstərilib.

“Yanlışlıq fərq edilən anda dərhal düzəldilib. ntv.com.tr saytı olaraq, Azərbaycan xalqından və komanda üzvlərindən üzr istəyirik. Komandaya Avropada keçirəcəyi oyunlarda uğurlar arzu edirik” – deyə, açıqlamada qeyd olunub.

Türkiyənin “Hurriyet” qəzeti də texniki xətanı aradan qaldırıb.

***

12:40

Bakı - APA. Türkiyə mətbuatı Gəncənin "Kəpəz" komandası ilə bağlı yol verdikləri səhvləri aradan qaldırmağa bağlayıb.

"Apasport"un məlumatına görə, Lig TV artıq yanlışlığı aradan qaldırıb.

APA-nın Türkiyə müxbiri "Kəpəz"i Ermənistan komandası kimi təqdim edən medai orqanları ilə əlaqə saxlayıb.

Media orqanlarından bildirilib ki, texniki səhvə yol verilib, yanlışlıq qısa müddətdə aradan qaldırılacaq.

***

saat 12.09

Bakı - APA. Türkiyə mətbuatı kobud səhvə yol verib. Apasport.az saytının məlumatına görə, qonşu ölkənin bəzi idman portalları “Kəpəz”i Ermənistan klubu kimi təqdim edib.

Onlar arasında "Hürriyet" və “Lig TV” kimi tanınmış saytlar da var. Avropa Liqasında II təsnifat mərhələsinin cütlüklərinin yayımlandığı xəbərdə “Kəpəz”in qarşısında Ermənistan sözü yazılıb.

Qeyd edək ki, Azərbaycanın tarixi klublarından olan Gəncə təmsilçisi Avroliqanın I mərhələsində Moldova “Daçiya”sını səfərdə vurduğu 1 qol (0:0, 1:0) sayəsində məğlub edərək, növbəti mərhələdə "Admira"ya (Avstriya) rəqib olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR