Sumqayıtda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib

Sumqayıtda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
# 30 oktyabr 2015 09:22 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıt şəhərində bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

APA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 29-da qeydə alınıb. Sumqayıt şəhərində yaşayan Rövşad İlyasov, arvadı Aynurə, oğlu Toğrul və qızı Şəlalə evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR