Bank Of Baku

Binəqədidə Azərbaycan Ordusunun yaranmasının 100-cü ildönümü qeyd olunub

Binəqədidə Azərbaycan Ordusunun yaranmasının 100-cü  ildönümü qeyd olunub
# 22 iyun 2018 14:16 (UTC +04:00)

Binəqədi rayonunda, Fövqəladə Hallar Nazirliyinin “N” saylı hərbi hissəsində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü  ildönümünə həsr edilmiş tədbir keçirilib.

 

Tədbirdə  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Hərbi Hissə komandirinin müavini, polkovnik-leytenant Zabil Əliyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Hərbi Hissəsinin zabit və əsgər heyəti iştirak edib.

 

Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən güclü ordusu olduğunu qeyd edib.

 

Polkovnik-leytenant Zabil Əliyev Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı nəticəsində Silahlı Qüvvələrin son illər sürətlə inkişaf etdiyini, bu gün ordu quruculuğunun dövlət başçısının diqqət mərkəzində olduğunu bildirib.

 

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva 2016-cı ilin aprel döyüşlərinin dövlətin, ordunun gücünü və qüdrətini düşmənə və bütün dünyaya nümayiş etdirdiyini deyib. Natiq düşmən təxribatlarının qarşısını almaq məqsədilə Silahlı Qüvvələrin bölmələrinin keçirdiyi əks-hücum əməliyyatı nəticəsində işğal altındakı mühüm əhəmiyyətə malik yüksəkliklərin azad edildiyini, bu döyüşlərdə zabit və əsgərlərimizin göstərdiyi rəşadətin xalqımızın yaddaşında həkk olunduğunu, aprel hadisələri zamanı Silahlı Qüvvələrə ən yüksək qiyməti Ali Baş Komandan İlham Əliyevin verdiyini bildirib.

 

Sonda ordu sıralarında xidmətdə fərqlənən bir qrup zabit və əsgər Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin Fəxri fərmanları ilə təltif edilib. Tədbir tanınmış sənət nümayəndələrinin ifasında musiqili proqramla davam etdirilib.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR