Şəmkirdə ana və azyaşlı övladı dəm qazından zəhərlənib

Şəmkirdə  ana və azyaşlı övladı dəm qazından zəhərlənib
# 28 oktyabr 2016 18:41 (UTC +04:00)

Şəmkirdə ana və azyaşlı övladı dəm qazından zəhərlənib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə Daşbulaq qəsəbəsində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Ellada Quliyeva və onun 2 yaşlı övladı vanna otağında olarkən dəm qazından zəhərləniblər. Zərərçəkənlər Şəmkir Rayon Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR