Zaqatalada sakini başından bıçaqlanıb

Zaqatalada sakini başından bıçaqlanıb
# 14 fevral 2020 09:27 (UTC +04:00)

Zaqatalada 28 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, fevralın 13-də saat 23.00 radələrində rayonun Qandax kənd sakini, 1992-ci il təvəllüdlü Fərid Nəsrullah oğlu Süleymanov başında kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub.

Müayinə və ilkin araşdırma zamanı F. Süleymanov şəxsi münaqişə zəminində həmkəndlisi 1989-cu il təvəllüdlü Elnur Bəhram oğlu Kərimov tərəfindən bıçaqlandığı məlum olub.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR