Liviya sahillərində 13 miqrantın cəsədi aşkarlanıb

Liviya sahillərində 13 miqrantın cəsədi aşkarlanıb
# 26 oktyabr 2016 03:18 (UTC +04:00)

Bakı-APA. Aralıq dənizinin Liviya sahillərinə yaxın hissəsində Afrikadan Avropa sahillərinə keçməyə cəhd etmiş 13 miqrantın cəsədi aşkarlanıb.

APA-nın “RaiNews24” telekanalına istinadən verdiyi xəbərə görə, beləliklə son 10 gündə dənizdə batan miqrantların sayı 55-ə çatıb.

Oktyabrın 25-də keçirilmiş axtarış-xilasetmə əməliyyatları zamanı rezin qayıqlarla dənizi adlamağa cəhd edən 500-dək miqrant xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR