"Bakı Taxıl" Kombinatının baş texnoloqunun qətlində təqsirləndirilənlərin apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başlayıb

"Bakı Taxıl" Kombinatının baş texnoloqunun qətlində təqsirləndirilənlərin apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başlayıb
# 08 noyabr 2016 18:01 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində "Bakı Taxıl" Kombinatının baş texnoloqu Qalib Bağırovun qətlində təqsirləndirilən Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 16-na təyin edilib.

İttihama görə, bu il yanvarın 8-də "Bakı Taxıl Terminalı" Kombinatının baş texnoloqu Qalib Bağırovun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Bağlar" yaşayış massivindəki evində aşkarlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Həsənov, Mahnurə Hüseynova və Mübariz Əliyev tutulublar.

Müəyyən edilib ki, həmin şəxslər Q.Bağırovu yaşadığı bağ evində çoxsaylı xəsarətlər yetirməklə və iplə boğmaqla öldürüblər. Sonra mənzildə olan 300 manat, 30 avro, 10 dollar, 10.000 Belarus rublu, mərhuma məxsus gödəkcə və papağı, mobil telefon və planşeti götürərək hadisə yerindən gediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 20 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayətində onlar cəzalarının azaldılmasını istəyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR