Akkreditasiyası keçiriləcək ali məktəblər bilinib - SİYAHI

Akkreditasiyası keçiriləcək ali məktəblər bilinib - SİYAHI
# 28 fevral 2019 12:42 (UTC +04:00)

Akkreditasiyadan keçiriləcək ali təhsil müəssisələrinin adları məlum olub.

ONA-nın xəbərinə görə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad, Quba, Şəki, Şamaxı filialları və Bakı Dövlət Universitetinin Qazax filialında akkreditasiya qiymətləndirilməsinin keçiriləcək. Qiymətləndirmənin keçirilməsi bu ilin mart, aprel və may aylarında nəzərdə tutulub.

Bundan başqa, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Sərhəd Xidməti Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı gələcəkdə akkreditasiyası keçirilməsi planlaşdırılan ali təhsil müəssisələri sırasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR