® “Renessans Palace”dan mənzil alan şəxslər dərhal təmirə başlayır

<font color=red>® </font> “Renessans Palace”dan mənzil alan şəxslər dərhal təmirə başlayır
# 25 iyul 2018 08:35 (UTC +04:00)

Premium sinif yaşayış kompleksi “Renessans Palace”da mənzil alan şəxslər dərhal təmirə başlayır. Bakının Yasamal rayonunda yerləşən kompleksi inşa edən “AS Qrup İnvestment” şirkətlər qrupu korpusları təmirə təhvil verməyə başlayıb.

Artıq bu binadan mənzil alan şəxslər digər yaşayış komplekslərindəki kimi icazə müddətini gözləmədən öz mənzillərində təmirə başlaya bilər.

İnfrastrukturunda, binanın keyfiyyətində və digər xüsusiyyətlərdə premium seqmentin bütün tələblərinə riayət olunmaqla inşa olunan “Renessans Palace” dörd korpus, 20 blok, 1084 mənzildən ibarətdir. 3 hektar ərazini əhatələndirən yaşayış kompleksinin 1,6 hektar hissəsi sakinlər üçün qapalı park olacaq. Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd “Mistubishi” markalı lift quraşdırılıb. Mənzillərin hündürlüyü standart ölçülərdən daha artıq – 3.35 metrdir. Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40% enerjiyə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır.

Kompleksin ilk 2 mərtəbəsində fəaliyyət göstərəcək iaşə obyektləri isə (restoran, kafelər, fitnes zal, uşaq bağçası, gözəllik salonu, sağlamlıq mərkəzi və s.) sakinlərin rahatlığına xidmət göstərəcək. “Renessans Palace” 120 yerüstü, 1500 yeraltı avtomobil parkinq yeri ilə paytaxtın ən iri avto-parkinqinə sahib yaşayış kompleksidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR