Hindistanda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın “ANI” informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, Hindistanın mərkəzi ştatı Madxya-Pradeşdə avtobusla yük maşını toqquşub.
Qəza nəticəsində 9 nəfər ölüb, 23 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.