Paşha Bank
Bank Of Baku

Azərbaycanda COVID-19 əleyhinə vurulan vaksinlərin ümumi sayı 12 milyonu ötüb

Azərbaycanda COVID-19 əleyhinə vurulan vaksinlərin ümumi sayı 12 milyonu ötüb
# 30 yanvar 2022 16:33 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 728 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 310, buster doza üzrə vaksinasiya olunanların sayı isə 26 044 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 000 749, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 230 388, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 742 169, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 028 192 təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR