"Ulduzum" abunəçiləri yerli bankın endirimlərindən faydalana bilər

"Ulduzum" abunəçiləri yerli bankın endirimlərindən faydalana bilər
# 08 dekabr 2016 10:08 (UTC +04:00)

“Bakcell” şirkəti “Ulduzum” sadiqlik proqramının yeni tərəfdaşı “Bank Silk Way” bankını təqdim edir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bundan sonra “Ulduzum” abunəçiləri pulsuz aviabiletlər əldə etmək imkanı yaradan “Bank Silk Way Miles” kartını aldıqları zaman 20% endirimdən faydalana biləcəklər. Kartı “Bank Silk Way”-in Bakı şəhəri, Həsən Əliyev küç. 131A ünvanında yerləşən baş ofisindən əldə etmək olar. Kartı aldıqda 20% endirim əldə etmək üçün “Ulduzum Premium” abunəçisi 5555 qısa nömrəsinə SMS-lə “*” göndərməklə aldığı 4 rəqəmli şifrəni təqdim etməlidir.

“Ulduzum” proqramına qoşulmaq üçün “1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaq kifayətdir.

Qeyd edək ki, 2.2 mln. nəfərdən çox abunəçisi və 200-dən çox tərəfdaşı olan “Ulduzum” bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və “Ulduzum” proqramının tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda da ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.

“Ulduzum” proqramından istifadənin daha asan olması məqsədilə abunəçilərin istifadəsinə verilmiş “Bakcell Ulduzum” mobil tətbiqetməsini (həm iOS, həm də “Android” platforması üçün) www.ulduzum.az keçidindən istifadə edərək yükləmək olar. Bu tətbiqetməni yükləməklə abunəçilər tərəfdaşların tam siyahısına və endirim faizlərinə, xəritədə onlara yaxın olan tərəfdaşlara və öz istifadə tarixçəsinə asan keçid əldə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR