ABB-nin törəmə müəssisəsi tender elan edib

ABB-nin törəmə müəssisəsi tender elan edib
# 08 fevral 2018 06:46 (UTC +04:00)

“Azərikard” MMC plastik kartların təhlükəsizliyi və fərdiləşdirilməsi üzrə auditin keçirilməsi ilə bağlı açıq tender elan edir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, tender iki lot üzrə - “PCI DSS”, “Visa Inc. ACS Security”, “Visa Inc. PCI PIN Security” və “MasterCard Personalization” üzrə auditin keçirilməsini nəzərdə tutur.

İddiaçılar tenderin ilkin seçim mərhələsində sənədlərini təqdim etmək üçün bank hesabına nağd və ya birbaşa depozitlə lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İştirak haqqı hər bir lot üçün 150 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcək.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri 27 mart 2018-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 28 mart 2018-ci il saat 18:00-a qədər təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. İddiaçıların təklifləri 29 mart 2018-ci il saat 11:00-da açılacaq.

Qeyd edək ki, 1996-cı ildə fəaliyyətə başlayan “Azərikard” MMC universal kart-prosessinq mərkəzidir. Səhmlərin 100%-i Azərbaycan Beynəlxalq Bankına məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR