I rübdə vergi orqanlarının büdcədənkənar fonduna 11,6 mln. manat vəsait daxil olub

I rübdə vergi orqanlarının büdcədənkənar fonduna 11,6 mln. manat vəsait daxil olub
# 10 aprel 2018 09:30 (UTC +04:00)

Vergilər Nazirliyi vergi orqanlarının büdcədənkənar fonduna ayrılmış və xərclənmiş vəsaitin həcmini açıqlayıb.

"APA-Economics" qurumun saytında dərc olunan "Mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının həvəsləndirilməsi üçün nəzərdə tutulan və həmin orqanların tabeliyində yaradılan fondların vəsaitindən istifadə haqqında hesabatın dərc edilməsi barədə Forma"ya istinadən xəbər verir ki, 1 aprel 2018-ci il tarixinə fondun vəsaitlərinin həcmi 11 mln. 570,200 min manat təşkil edib.

Cari ilin yanvar-mart ayları ərzində fonda daxil olan vəsaitdən 10 mln. 940,708 min manat xərclənib. Nəticədə hesabat dövrünün sonuna fondda qalıq 629,492 min manat təşkil edib.

Xərclərə nəzər saldıqda məlum olur ki, 678,837 min manat ştatda olan işçilərin əmək haqqına, 420,567 min manat ştatdankənar işçilərin əmək haqqına, 6 mln. 985,339 min manat əməyin ödənişi ilə bağlı sair pul ödənişlərinə, 1 mln. 782,240 min manat Dövlət Sosial Müdafiə Fonduna ayırmalara və s. xərclərə yönəlib.

Hesabat dövrünün sonuna qalan qalıq bütövlükdə dövlət büdcəsinə ödənilib. Başqa sözlə, hesabat dövrünün sonuna qalan qalıqdan dövlət büdcəsinə 629,492 min manat vəsait ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR