Sumqayıtda qəbiristanlıqda kişi meyiti tapılıb

Sumqayıtda qəbiristanlıqda kişi meyiti tapılıb
# 08 yanvar 2020 23:05 (UTC +04:00)

Sumqayıtın Corat qəsəbəsinin qəbiristanlığında kişi meyiti aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, araşdırma nəticəsində meyitin 1946-cı il təvəllüdlü Corat qəsəbə sakini Mürsəlov Hacıbala Hacıbaba oğlu olduğu məlum olub.

Qeyd edək ki, 74 yaşlı kişi ötən gün saat 12:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmadığından yaxınları hüquq-mühafizə orqanlarına onun itkin düşdüyü barədə məlumat vermişdilər.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR